Modern.az

Alman özünü Hitlerin qohumu elan etdi

 Alman özünü Hitlerin qohumu elan etdi

13 Noyabr 2015, 23:51

 

Almaniyanın Qelits şəhərinin sakini Adolf Hitlerin qohumu olduğunu bəyan edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Romano Lukas Hitler adlanan kişi sübut kimi jurnalistlərə özünün diktatorun soyadı ilə eyni olan sənədlərini – sürücülük vəsiqəsini və icarəyə götürdüyü evin icarə müqaviləsini göstərib.

65 yaşlı alman deyib ki, fürerin atası Alois Hitlerin kiçik qardaşı olub, onun nəvəsi də Romanonun atasıdır.

Onun sözlərinə görə, diktatorun ehtimal edilən qohumları Şərqi Almaniyaya qaçıblar, sonradan Slovakiyaya köçərək Bratislavada ölüblər. Sonradan kiçik Romano Hitleri monastra veriblər, oradan da polşalı ailə götürüb.

O, Almaniyaya yaşlı çağında qayıdıb. Hitler bəyan edib ki, uzaq qohumlarından fərqli olaraq o yaxşı və sadə insandır.

Kişinin sözlərinə görə, adamlar onun eşidəndə ya gülürlər, ya da hürkürlər. Romano əlavə edib ki, bu səbəbdən iş tapmaq onun üçün çətin olub.

Alman həm də hesab edir ki, ondan sonra Almaniyada bir daha Hitler olmayacaq, çünki bu nəsilin sonuncu nümayəndəsidir. Kişinin evindəki divarlardan birində diktatorun portreti asılıb, onun yanında Almaniyanın kansleri Angela Merkelin fotosudur. Qarşı tərəfdə isə Üsamə bin Ladenin portreti asılıb. “Express” nəşri isə qeyd edir ki, Romanonun bəyanatı tarixi faktlarla üs-t-üstə düşmür. Çünki Hitlerin qardaşı olmayıb.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər