Modern.az

İran prezidentinin Fransa səfəri təxirə salındı

İran prezidentinin Fransa səfəri təxirə salındı

14 Noyabr 2015, 11:08



İran prezideti Həsən Ruhaninin İtaliya və Fransaya planlaşdırdığı səfər Parisdə törədilən terror aktlarına görə qeyri-müəyyən müddətə təxirə salınıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Cavad Zərif məlumat verib.

“Parisdə törədilən teror aktları ilə bağlı İran prezidentinin İtaliya, Vatikan və Fransa səfərləri təxirə salınır və daha uyğun vaxtda baş tutacaq”.

Bundan əvvəl, məşhur “U2” rok qrupunun Paris konsertinin də təxirə salınması barədə məlumat verilmişdi.

Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır