Modern.az

CİA-in "kölgəsi" Paris terroru haqda: “Avropada millətçilər hakimiyyətə gələcək”

CİA-in "kölgəsi" Paris terroru haqda: “Avropada millətçilər hakimiyyətə gələcək”

Dünya

14 Noyabr 2015, 12:09


Amerikanın özəl kəşfiyyat-analitika şirkəti “Stratfor” Parisdəki qanlı terror hadislərinin nəticələri barədə yazıb. Modern.az daha çox CİA-in kölgəsi (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) kimi tanınan təşkilatın məqaləsini ixtisarla təqdim edir.  

“Fransadı terror aktları sarsıdıcı olsa da, bunu gözlənilməyən hadisə adlandırmaq da olmur. Çünki Fransa və Avropanın bir çox ölkələrindən gənclər Suriyaya gedərək oradakı ekstremistlərin sıralarını doldururdu.

 “Charlie Hebod” jurnalının redaksiyasına edilən hücum göstərdi ki, Avropanın daxilnidə böyük terror riski mövcuddur və indi vacib olan terrorun mənbəyini – onun “ev terroru” yaxud “xaricdə öyrədilən şəxslərin əli ilə” törədildiyini müəyyən etməkdən ibarətdir.

Avropaya Suriya kimi ölkələrdən qaçqın axını terror törətmək istəyən “cihadçı” qruplaşma üzvlərinin qitəyə gəlmə ehtimalını artırır. Təbii ki, Paris terrorununu siyasi nəticələri də olacaq.

5 gündən sonra Fransanın yeganə aviadaşıyıcısı olan “Şarl De Qol” “İslam dövləti” ilə mübarizə aparmaq üçün Fars körfəzinə getməli və sentyabrın sonlarından bəri İraq və Suriyanı bombalayan ölkə aviyasına dəstək olmalı idi.

Siyasi baxımdan terror aktları Fransanın daxilində keçmişdən mövcud olan etnik ziddiyətləri də üzə çıxarır. Son aylarda bütün diqqət miqrantları qəbul edən Almaniyaya yönəlmişdi, miqrantların çox az qismi Fransaya pənah gətirirdi.

Paris miqrantların Avropa ölkələri üzrə paylanmasını dəstəkləsə də, qaçqın böhranın həllində iştirak etmirdi.

Gözləmək olar ki, Parisdəki terror olayları Almaniya, İsveç və Şərqi Avropa ölkələrindən sərhədlərini bağlamaqlarını və miqrantları ölkəyə buraxmamalarını tələb edən hərəkatın tərəfdarlarını artıracaq. Çox güman ki, Fransanın millətçi “Milli Cəbhə” partiyası və onun lideri Mari Le Penin  mövqeyi möhkəmlənəcək. Le Pen “Charlie Hebo”ya hücum olan zaman aktiv deyildi, amma partiyasının antimühacir platforması ona populyarlıq gətirmişdi.

Prezident Fransua Ollandın populyarlığı həmin vaxt bir az qalxmışdı ki, o da dövlət başçısının hadisələtə emosional reaksiyasından yaranmışdı.

Fransa respublikaçılarının lideri və keçmiş prezident Nikola Sarkozi təhlükəsizlik məsələrində sərt tədbirləri ilə məşhurdur və Paris terrorundan sonra sadə fransızlar məhz ona səs verəcəklər”.

Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır