Modern.az

İŞİD Fransanı hədəyələn yeni VİDEO yaydı - "Terror davam edəcək"

İŞİD Fransanı hədəyələn yeni VİDEO yaydı - "Terror davam edəcək"

14 Noyabr 2015, 14:21

Parisdəki silsilə terror aktlarına görə məsuliyyəti öz üzərinə götürən “İslam dövləti” qruplaşması (İŞİD) Fransanı yeni hücumlarla hədələyən video yayımlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qruplaşma üzvləri Fransa aviasiyasının onları Suriyada bombalamağa davam edəcəkləri halda yeni terror aktları gerçəkləşdirəcəklərini deyiblər.

“Siz bizi bombarduman edəcəyiniz müddətdə sülh içində yaşa bilməyəcəksiniz. Adi bazara getməkdən belə, qorxacaqsınız”.

Bu saatlarda televiziya ilə Fransa xalqına müraciət edən prezident Fransua Olland terror aktlarının arxasında “İslam dövləti” qruplaşmasının durduğun bəyan edib.

Vüqar İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır