Modern.az

Yaxın Şərqdə 2 yəhudi öldürüldü

Yaxın Şərqdə 2 yəhudi öldürüldü

14 Noyabr 2015, 15:38

Fələstin müxtariyyətinin Hevron şəhərində törədilən terror aktı zamanı 2 yəhudi öldürülüb, 1 nəfər isə xəsarət alıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Hevrondan Otniel qəsəbəsinə gedən İsrail nömərli avtomobil atəşə tutulub. Nəticədə maşındakı 40 yaşlı kişi və onun 18 yaşlı oğlu aldıqları xəsarətlərdən yerindəcə keçiniblər. 15 yaşlı daha bir yeniyetmə isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Məlumata görə, maşında olanlar bir ailənin üzvü olub və Bear-Şevu şəhərindəki toy mərasiminə gedirlərmiş.

Hadisəni törədən fələtsinli ərazini tərk edib. Hazırda İsrail təhlükəsizlik qüvvələri onun axtarışını aparır.   Oktyabrın 1-dən başlayaraq İsrail-Fələstin qarşıdurmalarında 12 yəhudi və 70-dən artıq fələstinli həlak olub.   



Vüqar İsmayılov   
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir