Modern.az

Suriyada 18 ay sonra seçki keçiriləcək

 Suriyada 18 ay sonra seçki keçiriləcək

Dünya

14 Noyabr 2015, 21:25

 

Vyanada Suriya üzrə keçirilən beynəlxalq görüşün iştirakçıları 18 ay sonra bu ölkədə seçki keçiriləsinin vacibliyinə razılaşıblar. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bəyan edib.

Avropa KİV-lərinin məlumatına görə, o, eyni zamanda qeyd edib ki, qarşıda duran vəzifənin yerinə yetirilməsinin nə qədər çətin olduğunu hamı yaxşı başa düşür.

Onun sözlərinə görə, müxalifətin nümayəndələri  ilə Suriyada vəziyyətin nizamlanması üçün danışıqların yubanmadan başlaması da razılaşdırılıb. 

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı