Modern.az

Parisdəki qətliamda bir türk qızı ölüb

Parisdəki qətliamda bir türk qızı ölüb

14 Noyabr 2015, 22:54

 

Parisdə törədilən partlayışlardan sonra xəbər alınmayan türk əsilli Belçika vətəndaşı Elif Doğanın da həyatını itirdiyi öyrənilib. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, Paris qırğınının türk qurbanı ilə bağlı məlumat Belçikadan gəlib.

Belçikanın xarici işlər naziri Didier Reynders VRT kanalına açıqlamasında, terror aktlarında ən azı iki Belçika vətəndaşının öldüyünü söyləyib. Polislərin ailələri xəbərdar etmə mərhələsində olduğunu bildirən Reynders, ona görə də başqa detal verməyəcəyini deyib. Ancaq Belçika mətbuatı hücumlar zamanı Parisdə olduqları məlum olan Milko Jozic və Elif Doğanın Paris qətliamında həyatını itirdiklərini bildirib. “ Anadolu” agentliyinin xəbərinə görə, Belçikanın Liege rayonundan olan Doğan və Jozic dörd aydır ki, Parisdə terrorçuların atəş açdığı “Bataklan” konsert zalı yaxınlığında yaşayırdı. Milko Jozicin keçmiş həyat yoldaşı, dostlarının cütlüyün yaşadıqları mənzilə getdiklərini, ancaq evdə kimsənin olmadığını deyib. “La Meuse” qəzetindəki xəbərdə Doğanın bu gün Parisdə bir görüşü olduğu, ancaq qatılmadığı, Jozicin də bu səhər Çinə gedəcəyini, ancaq ondan xəbər-ətər olmadığı qeyd edilib. Qəzet cütlüyün terror aktları zamanı həyatlarını itirdiyini bildirib.   Modern.az    
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?