Modern.az

G20 sammitində ABŞ və Rusiyaya ÇAĞIRIŞ

G20 sammitində ABŞ və Rusiyaya ÇAĞIRIŞ

15 Noyabr 2015, 13:56


Suriyada “İslam dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizə aparmaq üçün kollektiv hərəkətlər lazımdır.

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Antalyada keçirilən G20 ölkələri liderlərinin sammitində Avropa İttifaqı Şurasının sədri Donald Tusk bu barədə bildirib.  

Onun sözlərinə görə, ABŞ və Rusiyanın İŞİD-ə qarşı mübarizə sferasında əməkdaşlıq etməsi kritik mənaya malikdir.

“Ancaq təkcə, bu əməkdaşlıq əhəmiyyətli deyil. Düşünürəm ki, Suriyada Rusiyanın hərəkətləri İŞİD-ə qarşı cəmlənməlidir”,-deyə o əlavə edib.

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu