Modern.az

Türkiyədə İŞİD-ə qoşulmağa gedən indoneziyalı qadınlar yaxalanıb

 Türkiyədə İŞİD-ə qoşulmağa gedən indoneziyalı qadınlar yaxalanıb

Dünya

15 Noyabr 2015, 20:05

 

Adanada terror təşkilatı İraq-Şam İslam Dövlətinə (İŞİD) qoşulmaq istəyən 6 indoneziyalı qadın ilə onlara vasitəçilik edən 1 Türkiyə vətəndaşı yaxalanıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Mərkəzi  Seyhan rayonunda yerləşən bir oteldə qalan İndoneziyadan olan 6 qadının İŞİD-ə qoşulmaq istədikləri xəbərini alan polis işə başlayıb.

Terrorla mübarizə qrupları, indoneziyalılara İ.Ç. adlı bir Türkiyə  vətəndaşının kömək etdiyini müəyyənləşdirib. İ.Ç. ilə görüşən indoneziyalılar bir avtobusa minərək Suriyaya getmək üçün hərəkət etdiyi zaman polis əməliyyat keçirib.  İ.Ç. ilə N.F., N.S., S.J., M.S., A.P. və N.Y. adlı indoneziyalı qadınlar nəzarətə alınıb səhiyyə nəzarətindən keçirildikdən sonra Miqrasiyalar İdarəsinin rayon idarəsinə aparılıblar. İ.Ç.nin sorğusunun davam etdiyi bildirilir.  

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir