Modern.az

Parisdə ölənlərin sayı 132-yə çatdı

 Parisdə ölənlərin sayı 132-yə çatdı

Dünya

15 Noyabr 2015, 23:17

 

Fransa paytaxtında noyabrın 13-də axşam törədilən terror aktlarında ölənlərin sayı 132 nəfərə çatıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Parisdəki hospitaldan bildirilib ki, noyabrın 15-də burada müalicə alan daha 3 nəfər həyatını itirib.

Bazar günü gündüz saatlarında Fransanın baş naziri Manuel Vals xəbər verib ki, Parisdəki terror aktlarında həlak olanlardan 103 nəfərin cəsədi tanınıb: “İş davam edir, 20-dən 30 nəfərə qədər adamın şəxsiyyətini müəyyənləşdirmək hələ ki, mümkün olmayıb”.

Noyabrın 13-də axşam saatlarında Parisdə və şəhər ətrafında seriya terror aktları törədilib: 3 yaraqlı Fransa və Almaniya milli komandalarının oyunu zamanı“Stad de Framns” stadionu ətrafına özünü partladıb. Daha bir nəfər Volter bulvarında terror aktı törədib. Bundan əlavə, yaraqlılar bir neçə kafe və restoranda atəş açıblar, “Bataklan” konsert zalında insanlar girov götürülüb, terrorçu-kamikadzelərdən ikisi özünü burada partladıb.

Bütün bu terror aktlarına görə məsuliyyəti İraq-Şam İslam Dövləti öz üzərinə götürüb. 

 

Modern.az    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır