Modern.az

Gənc jurnalistlər təcrübə keçməyə dəvət edilir

Gənc jurnalistlər təcrübə keçməyə dəvət edilir

10 Noyabr 2010, 13:58

“MilAz” İnformasiya Agentliyi təhlükəsizlik və müdafiə sektorunda yazı yazmaq istəyən gənc jurnalistləri, ali təhsil müəssisələrinin hərbi jurnalistika sahəsində çalışmaq istəyən məzunlarını təcrübə keçməyə dəvət edir. Bu təcrübə müddətində gənc jurnalistlər təhlükəsizlik və müdafiə sektorunda baş verən proseslərin işıqlandırılması, araşdırmalar aparılması qaydaları ilə tanış olacaqlar.

“MilAz” İnformasiya Agentliyindəb bildidblər ki, təcrübə prosesi pulsuzdur. Müddət 3 aydır. Bu müddət ərzində jurnalistlər redaksiyanın tapşırığı əsasında və ya könüllü şəkildə təhlükəsizlik və müdafiə sektoru üzrə müxtəlif məqalələr (xəbər, müsahibə, təhlil) yazacaqlar. Onların məqalələri www.milaz.info saytında dərc olunacaq.

Təcrübə müddətinin sonunda fərqlənən jurnalistləri “MilAz” İA-da çalışmaq perspektivi gözləyir.

Müraciətlər 2010-cu il dekabrın 1-dək aşağıdakı e-mail ünvanlarında qəbul olunur:  

[email protected]
[email protected]

Hərbi xidmət keçmiş gənclərə üstünlük veriləcək. Bir və ya bir neçə xarici dil bilmək də üstünlük gətirir.

Əlaqə telefonu: (055) 633-27-12

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı