Modern.az

Eldar Quliyev film üçün Nizami Gəncəvinin ruhundan məsləhət alıb - ŞOK ETİRAF

Eldar Quliyev film üçün Nizami Gəncəvinin ruhundan məsləhət alıb - ŞOK ETİRAF

Mədəni̇yyət

19 Noyabr 2015, 14:52


Yəqin ki, başlığı oxuyan zaman əksəriyyət bunun mistika yaxud, qeyri-ciddi nəsə olduğunu düşünür. Amma rus dilli rasional  təfəkkürlü, dini inanclara o qədər də yaxınlığı ilə seçilməyən, kifayət qədər praqmatik insan olan xalq artisti Eldar Quliyev 1982-ci ildə lentə aldığı “Nizami” filmi barəsində bir neçə yerdə bu faktı etiraf edib. Ən qəribəsi də budur ki, Eldar Quliyev Moskvanın birinci kanalına müsahibə verəndə film çəkilərkən XII əsr şairi Nizami Gəncəvinin ruhu ilə bir nəfər ruh çağıran şəxs vasitəsilə məsləhətləşdiyini bildirib:

Modern.az saytı araşdırmaçı Ulduzə Qaraqızının “Azərbaycan kino tarixindən” kitabına istinadən “Nizami” filminin çəkilişi zamanı baş verən mistik hadisəni  təqdim edir:

“1982-ci ildə hazır olan filmdə əsas rolun kimin oynayacağını dəqiqləşdirməkdə rejissor Eldar Quliyev çətinlik çəkir. Belə ki, o, yaxın dostu olan müğənni Müslüm Maqomayevi diplomatik jest edərək filmə cəlb edir və onu birtəhər razı salır. Çünki o zaman Maqomayevi bütün SSRİ tanıyırdı və bütün ittifaq miqyasında filmə böyük maraq yaradacağını bilirdi. Digər tərəfdən isə məşhur aktyor Hamlet Xanızadə də rol üçün sınaqlara dəvət edilir və bəyənilir. O zaman cavan olan rejisor kimi çəkəcəyini bilmir. Bu məqamda filmdə Qivami Mütərəzzi rolunda çıxış edən xalq artisti Həsən Turabov ona qəribə bir təklif edir: “Biz tərəflərdə ruh çağıran var, bəlkə ondan kömək istəyək. Nizaminin öz ruhu desin ki, filmdə əsas rolda kim çıxış etsin”.

Rejissorun sözlərinə görə, həmin şəxs falçı, görücü olmayıb. Sözün həqiqi mənasında cəmiyyətin tanıdığı məşhur, ziyalı bir şəxs olub. Heç bir falçılıq işi ilə məşğul olmayıb, sadəcə olaraq ruhlarla dialoqa girirmiş. Elə bu məşhurluğuna görə də Eldar Quliyev onun adını çəkmir.

Nə isə, həmin şəxsin dediyi vaxt gecə saat 10-da ora gedirlər. Heç məsələnin nə olduğunu da demirlər. Qeyd edək ki, kifayət qədər rasional şəxs olan, mistikaya inanmayan  Eldar Quliyev Moskvanın əsas televiziya kanalında bunları danışarkən tamaşaçıların inamsız, burmınalı olmayan  reaksiyası ilə üzləşib. Lakin rejissorun dediyinə görə, həmin gün ruh çağıran Nizami ilə danışıb və ondan filmə kimin çəkilməsini fotolar vasitəsilə soruşub:

“Əvvəlcə şamı yandırdı. İri kağız üzərində ox işarələri, müxtəlif şifrələr var idi. Bütün işlər nəlbəki vasitəsilə həyata keçirilirdi. Nəlbəkini şamın üzərində qızdırdı. Sonra onu kağızın üzərindəki qarışıq hərflərin üzərinə gətirərək müxtəlif adlar yazırdı. Bunların hamısı çox qəribə idi. Biz məqsədimizi deməmişdik. Birdən özü bizə dedi ki, indi Nizaminin ruhunu çağırın”.

Rejissorun sözlərinə  görə ruh çağıranla Nizaminin ruhu arasında uzun söhbət gedib. Hətta özünün ziyalılığı ilə seçilən ruh çağıran şəxs Nizamidən nə üçün Azərbaycan dilində şeir yazmamasını soruşub. Nizami isə cavabında bu dildə şeirlər yazdığını, onların Bərdədə saxlandığını bildirib. Daha sonra isə onun barəsindəki filmə kimin çəkilmək istəməsini xəbər alıb. Rejissorun sözlərinə görə,  Nizami Gəncəvinin ruhu Müslüm Maqomayevi seçib. Bu Eldar Quliyevdə qəti əminlik yaradıb. Elə sabahısı gün Müslüm Maqomayevlə qəti söhbət edərək, onu filmə çəkib.

Film hazır olandan sonra isə Eldar Quliyev yuxarıda bəhs etdiyimiz məsələ, ruhla söhbət barəsində bir neçə yerə,  eləcə də Rusiya kanalına müsahibə verir, həmçinin Müslüm Maqomayevə də bu haqda danışıb”.



Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü