Modern.az

Jurnalistlər Nadir Qafarzadə barədə Modern.az saytına danışdılar...

Jurnalistlər Nadir Qafarzadə barədə Modern.az saytına danışdılar...

11 Noyabr 2010, 11:42


Şou nümayəndələri, onların şəxsi həyatları, eləcə də şou-biznes aləmində baş verən hadisələr insanları hər zaman maraqlandırıb. Geniş kütlə tanınmıs insanların iş həyatından çox, onların şəxsi həyatı, günlük yaşantıları, həyat tərzi, xarakteri haqqında daha çox informasiya toplamağa çalısır. Bu mənada tanınmış isanlarla tez-tez  kontaktda olan, müsahibələr alan, onların tədbirlərində istirak edən jurnalistlərin fikirləri xeyli maraqlıdır.
Modern.az saytı mədəniyyət yazarlarının tanınmış sənət adamlarını necə xarakterizə etməsi ilə bağlı layihəni davam etdirir.

Ötən həftə Röyanı və Rəqsanəni xarakterizə edən yazarlar,  indi də müğənni Nadir Qafarzadə  haqqında fikir söylədilər. Beləliklə, “Nadir necə müğənnidir, necə insandır və jurnalistlərlə münasibəti necədir”suallarına mədəniyyət yazarlarının cavabları:

“ Nadir toy bazarının qanunlarının yerinə yetirir…”

Vüqar  Vüqarlı – “day az” portalının şöbə müdiri: “Nadir çox səmimi, ürəyi kövrək insandı. Yəqinki, öz kövrəkliyini gizlətmək, başqa cür görünmək üçün “əjdaha” ləqəbini götürüb. Təbii ki, bu mənim şəxsi fikrimdi. Nadir həmişə yaxınlarına köməyə hazır olan , sadə bir insandı…

Nadir müğənni kimi Rəqsanə ilə eyni problemi yaşayır. Yəni repertuar seçimi problemi. Nadirin oxuduğu mahnılar hazırda bir o qədər də ürəkaçan  deyil. Öz səs diapozonunu  başqa bir janrda  istifadə etsəydi, onun üçün daha yaxşı olardı. Mən  onu  başa düşürəm,  toy bazarı üçün də  mahnılar lazımdı. Nadir toy bazarının qanunlarını yerinə yetirir, bu qanunlardan  kənara cıxmır. Ona görə toylara gedən ən bahalı bir-iki müğənni varsa, onlardan biri Nadirdi…

Jurnalistlərlə münasibətlərinə gəlincə, özüm barədə deyə bilərəm ki,  münasibətimiz o qədər də pis deyil.  Nadir də Rəqsanə kimi jurnalistlərdən istifadə etməyi bacarır. Bu xüsusiyyəti  bir az xoşuma gəlmir. Nadir də piar dalınca qaçan müğənnilərdəndir. Nadiri tək öz yaradıcılığı maraqlandırmır, nəyin bahasına olursa olsun , hansısa bir sensasiya üçün bəzi yollara əl atır. Mən bunu ona sığışdırmazdım. Çünki, onun səsi  var, insanlar da  onu kifayət qədər istəyir. Nadirin   bəzi addımlarını başa düşə bilmirəm. Yəqin ki, başını aşağı salıb mahnısını oxusaydı və toylarına getsəydi, daha populyar olardı və daha çox sevilərdi. Çünki onun buna imkanları var,  həm səs baxımından,  həm də kifayət qədər insanların arasında tanınmaq baxımından. Nəyin bahasına olursa olsun, “məndən danışsınlar” prinsipini ona yaraşdırmıram. Amma çox təssüflər olsun ki, o bu prinsiplə gedir. Başqaları bunu etsə, başa düşərdim, çünki onların göstərməyə başqa bir şeyləri yoxdu. Ancaq Nadirin səsi var. Bunu ona yaraşdırmıram…”.

Nadir əlçatmaz ulduz deyil…”

Şahin Cavadsoy – “Trend” İnformasiya Agentliyinin əməkdaşı: “Şou-biznesdə  üç-dörd müğənni var ki, onları hardasa şəxsən tanıyıram. Onlardan  biri də Nadir Qafarzadədir. Ola bilsin bu hardasa bizim uzaqdan olan qohumluq əlaqələrimizə görədir, eyni bölgədənik, hər ikimiz də dağlıyıq. Hamı Nadiri qınayır ki, Nadir çilğındı, öz hisslərini cilovlaya bilmir.  Bu Nadirin catışmayan cəhətidi, bunu özü də cox gözəl bilir. Tez alışıb, tez də sönür...

Nadir media üçün maraqlı insandı. Jurnalistlər bilirlər ki,  onun dediyi sözlər həmişə qalmaqala səbəb olub. Məsələn,  sonuncu müsahibəsində sabun mövzusunu, ardınca da  “xanım müğənnilərin əxlaqı o qədər də normal deyil” replikasını atıb ortaya…
Nadir düşünmür ki, dediyi sözlər onun əleyhinə işləyir. Mən ona dəfələrlə demişəm.  Düzdü, artıq insanlar Nadiri belə qəbul edib. Amma o, bu fikirləri səsləndirməklə özünə düşmən qazanır.

Ancaq bütün bunlara baxmayaraq, Nadirin  hamını sevə bilən, çox böyük ürəyi var. Sonuncu tikəsini insanlarla bölüşməyə hazır olan bir şəxsdi. Nadirin ən mənfi xüsusiyyəti mənə görə , çilğın və emossional olmasıdı və hərdən o, hadisələri düzgün şərh etmək iqtidarında olmur. Ümumilikdə götürəndə isə Nadir gözəl oxuyur,  səsi olmasaydı, bu yerlərə gəlib çıxmazdı. Nadir kecmişini danmır, başına gələnləri həmişə insanlarla bölüşür, səmimidi. Məncə insanlar onu elə Nadir olduğu üçün qəbul ediblər.

Mediaya gəldikdə isə zaman-zaman problemləri olub, hətta jurnalistlərlə məhkəmə salonuna qədər gedib. Jurnalist Afət Rahilqızı ilə qalmaqalı yadımdadı, hadisə o qədər böyümüşdü ki,  maqazin verilişlərinə qədər gedib çıxmışdı. Amma Nadir jest etdi, tort götürüb jurnalistin könlünü almaq üçün  redaksiyalarına getmişdi. O, bunu reklam üçün etməmişdi. Nadir bidirmişdi - “lap məni məhkəməyə də versəydi, mən bunu edərdim”. Alicənəblığı var və bu xüsusiyyət  mediada özünü çox yaxşı şəkildə göstərir.  Düzdü, mobil nömrəsini hamıdan gizlədir. Lazım olanda köməkçiləri vasitəsi ilə tapmaq olur. Amma jurnalistlərlə münasibəti normaldır, asanlıqla  istədiyimiz xəbəri ala bilirik. Şəxsən öz adımdan deyə bilərəm ki, Nadir mənim üçün əlcatmaz ulduz deyil”.

Nadir efir müğənnisi deyil...”

Təranə Məhərrəmova – “Kaspi ” qəzetinin əməkdaşı: “Nadiri müğənni kimi bəyənmirəm, o efir, səhnə müğənnisi deyil,  ola bilsin ki, toy müğənnisi kimi yaxşıdı. Deyirlər yaxşı toy aparır. Nadir öz fikirlərini çox səviyyəsiz şəkildə  ifadə edir. Yəni ki, düşünürəm ki, müğənni hər şeydən əvvəl öz performansı, ifası ilə insanlara nəsə verməlidi. Amma Nadirin çıxışları tamaşaçıya heç nə vermir. Ancaq səviyyəsiz cıxışlar, özünüreklamdan başqa heç nə deyil. Gah  özünü, ailəsini, maşınını, imkanlarını reklam edir, gah da  qalmaqallar yaradır, kiminsə haqqında nalayiq sözlər danışır. Bu baxımdan mən onu müğənni kimi qəbul etmirəm. Həm ifasını, həm də  davranışları qeyri-məqbul hesab edirəm”.

“Nadir səhvlərini etiraf etməyi bacaran insandı...”

Tahirə Məmmədqızı - “Şərq” qəzetinin əməkdaşı:  “Nadir bir qədər emossional insandı, bəzən özünü cilovlamağı bacarmır. Düşünürəm ki, bu, səhnədə olan bir müğənni üçün qüsur sayıla bilər. Ümumuiyyətlə, səhnə insanı emosiyalarının cilovlamağı, soyuqqanlı olmağı bacarmalıdır. Nadir Qafarzadəni müəyyən mənada  tanıdığımdan bilirəm ki, emosiyalarına sahib olmamağı və  çilğınlığı insanlara tez inanması ilə bağlıdır. O,  tez “küyə gedən” insandı, tez alışır və tez də sönür. Bir cox müğənnilər kinli olsalar da, Nadir onlardan fərqlənir. Nadir Qafarzadənin nə var elə dilindədi. Nadirin kimlərləsə gərginlik yaşadığının dəfələrlə şahidi olmuşuq, sonda  isə  nəticə etibarilə ya üzr istəyən tərəf olub, ya da səhvini etiraf etməyi bacarıb. 
Düşünürəm ki, bu da böyük bir insani keyfiyyətdir, insan səhvindən bir nəticə çıxarır və səhv olduğunu dilə gətirir. Bu xüsusiyyəti Nadirin  üstün cəhəti kim qiymətləndirirəm. Səhvlərini etiraf etməyi bacaran insandı, kinli deyil. Ən böyük qüsuru ondadır ki, başqalarının sözünə tez aldanır, tez inanır.
Müğənni kimi öz auditoriyası, dinləyiciləri var.

Jurnalistərlə münasibətinə gəlincə isə deyə bilərəm ki,  jurnalistdən cox şey asılıdı. Nadir qələminə inandığı, peşakar jurnalistlərə həmişə hörmətlə yanaşıb. Düzdü, olub ki, onun jurnalistlərlə müsahibələri alınmasın, onlara kifayət qədər sərt cavab verib.Yenə deyirəm, bu jurnalistin bacarığından asılıdı”.

“Nadir peşəkar tənqidə dözümlü müğənnidi...”

Cəvahir Səlimqızı - “Mərkəz” qəzetinin əməkdaşı: “Nadir Qafarzadə emossional və çılğındı, xasiyyətinin belə olması çox vaxt insanlarla münasibətdə ona mane olur.  Bəzən emossional şəkildə dediyi sözlər onun ziyanına işləyir. Dolça bürçü altında dünyaya gələn insanlar bildiyimə görə çox səmimi olurlar. Yəqin ki, Nadirin səmimiliyi və kövrəkliyi onun bürcündən irəli gəlir. İnsan kimi müsbət keyfiyyətləri  coxdu, sadəcə emossionallığı ona mane olur.

Nadir özünün auditoriyası olan müğənnidir. Nadirin klassik əsərə (“Füzuli” kantatası) müraciət etməsi böyük bir risk idi. Amma insafla desək, pis alınmadı.
Zaman –zaman  müxtəlif jurnalistlərlə problemləri olub. Şəxsən mənimlə heç bir problemi olmayıb, tənqid də etmişəm, yeri gələndə müsbət keyfiyyətlərini də qeyd etmişəm.

Nadir emossional olmağına baxmayaraq, peşəkar tənqidə qarşı dözümlü müğənnidir”.

“Nadirin populyarlığının 50 %-i qalmaqlllarla bağlıdı...”

Elşad Ümid - “Reytinq” qəzetinin əməkdaşı: “Nadir Qafarzadəni 2001-ci ildən tanıyıram. O vaxt tamam başqa cür idi, hec deməzdin ki, bu adam tanına bilər. Nadiri müğənni kimi qəbul etsəm də, çox da bəyənmirəm. Nadir hardasa özünü “nömrə 1” sayır, yaxud  da buna iddialıdır. Amma ondan da yaxşı oxuyan, səs tembri olan müğənnilər var. Nadir nəyəsə çatmaq üçün calışır, bunun sirrini bilir. Elə bu sirrin bir hissəsi qalmaqallardır. Nadirin populyarlığının 50 %-i qalmaqallara görədir.

Onun bəzi açıqlamaları heç xoşuma gəlmir. Bəzən ağzının danışığını bilmir, yaxud fikirləşməyib danışır. Bəlkə də bilərək belə danışır ki, səs–küy yaratsın. Müəyyən mövzular var ki, onlarla qalmaqal yaratmaq düzgün deyil. Məsələn, bu yaxınlarda vətənlə bağlı verdiyi açıqlamada  xanım müxbirə demişdi: “Ağez vətən nədi, qde xoroşo, tam vətən”. Yaxud “Azərbaycanı tərk etmək istəyirəm, buranın vətəndaşı olduğun üçün utanıram ” demişdi...

 Nadirin bu açıqlamaları etməyə haqqı yoxdur. Bu sözləri qəbul etmirəm. Bu yaxınlarda qadın müğənnilərlə bağlı fikir səsləndirmişdi ki, qadın müğənnilərin 95 %-i əxlaqsızdı. Nadirin mövqeyi ilə götürsək, tutaq ki, bu düzdü. Elə isə kişi müğənnilər haqqında da desin dəə, bu sözü... Görünür buna cəsarəti yoxdu. Qorxur ki, ünvanına elə tənqidlər gələ bilər ki, sonra onun arxasında dayana bilməz.
Jurnalistlərlə münasibəti yaxşıdı. Amma son vaxtlar müəyyən sərhəd yaratmağa çalışır. Çünki,  axır vaxtlar telefona özü cavab vermir, şəxsi nömrəsini də prodüsseri götürür. Əvvəllər birbaşa özünə zəng etmək mümkün idi. Ümumilikdə isə səmimiyyəti var. Sadəcə olaraq, onun qeyri –ciddi cıxışlarından xoşum gəlmir”.
  

Sədaqət Süleymanova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir