Modern.az

İran OPEK-dən neft hasilatının həcmini azaltmağı xahiş edib

 İran OPEK-dən neft hasilatının həcmini azaltmağı xahiş edib

Dünya

21 Noyabr 2015, 20:52


 

İran Neft İxrac Edən Ölkələr Təşkilatı — OPEK-dən (OPEC) müəyyən edilmiş kvota çərçivəsində qalmaq üçün neft hasilatının həcmini azaltmağı xahiş edib. Modern.az saytı “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın neft naziri Bijan Namdar Zanqane bildirib.

“OPEK razılaşdırılmış kvotadan artıq neft hasil edir. Mən onlardan neftin hasilatını kvota uyğun olaraq azaltmağı xahiş etdim. Bu o demək deyil ki, İran neft hasilatının həcmini artırmayacaq, çünki bazara qayıtmaq - bizim haqqımızdır”, deyə Zanqane qeyd edib.    

“Mən dekabrın 4-də kvota üzrə yeni sazişin əldə ediləcəyini düşünmürəm”, deyə nazir əlavə edib.  

 “Neft hasilatını əvvəlki səviyyəyə qaytarmaq üçün bizə kiminsə razılığını almaq lazım deyil”, deyə Zanqane bildirərək, İranın bazara qayıtması məsələsinə baxılması üçün OPEK-ə məktub göndərdiyini qeyd edib.    

 Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi