Kamerunun şimalında terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində azı 10 nəfər ölüb. Modern.az saytının APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Nigeriya ilə həmsərhəd Fotokol şəhərində baş verib.
Terror aktının “Boko Haram” terror qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.
Modern.az