Modern.az

Türkiyə parlamentinə sədr seçilir

  Türkiyə parlamentinə sədr seçilir

Dünya

22 Noyabr 2015, 20:01

 

Bu gün Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçkisi keçirilir. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, noyabrın 1-də keçirilən təkrar seçkilərdə parlamentdə təmsil olunmaq şansı qazanan 4 partiyadan sədr postu uğrunda 4 namizəd yarışır. Birinci tur səsvermədə heç bir namizəd yetərli səs əldə etmədiyindən ikinci tur keçirilir.

1-ci turun nəticələri:

  Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi - İsmaıl Kahraman: 316 səs  

Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi  - Gülsün Bilgehan: 127 səs  

Xalqların Demokratik Partiyasının (HDP) namizədi – Dengir Mir Mehmet Fırat: 41 səs  

Milliyyətçi Hərəkat Partiyasının (MHP) namizədi - Yusuf Halaçoğlu: 41 səs  

Bu turda namizədlərin heç biri millət vəkillərinin üçdə ikisinin səsini (367) toplaya bilməyib. Bu səbəbdən ikinci tur keçirilir. Bu turda da seçilmək üçün 367 səs lazımdır. Əgər bu turda da namizədlərdən biri yetərli səs toplaya bilməsə, üçüncü və son tur səsvermədə isə seçilmək üçün 276 səs yetərli olacaq.

 Noyabrın 1-də keçirilən seçkilərdə AKP 317, CHP 134, HDP 59 və MHP 40 deputat yeri qazanıb.

 Modern.az

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir