Modern.az

Obama İŞİD-i məhv edəcəyinə söz verdi

  Obama İŞİD-i məhv edəcəyinə söz verdi

22 Noyabr 2015, 20:21

 

ABŞ prezidenti Barak Obama İŞİD terror qruplaşmasının məhv edəcəyinə söz verib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (CŞAÖA) liderlərinin görüşündə bildirib.

"İŞİDin məhv edilməsi təkcə real hədəf deyil. Biz onları məhv edəcəyik", - deyə Obama bəyan edib.

Obama həmçinin İŞİD liderlərini tapmağa, qruplaşmanı maliyyə kanallarından məhrum etməyə və silahlıların nəzarət etdiyi əraziləri azad etməyə hazırlaşdığını qeyd edib.

Daha əvvəl ABŞ İŞİD liderlərindən biri olan Əbu Məhəmməd Əş-Şimali haqda məlumata görə 5 milyon ABŞ dolları civarında mükafat elan edib. ABŞ dövlət departamentinin məlumatına görə, Əş-Şimali İŞİD-in miqrasiya və logistika üzrə liderlərindən biridir və silahlıların Türkiyənin Qaziantep şəhərindən Suriyanın Cerablus şəhərinə gətirilməsinə görə cavabdehlik daşıyır.

 İşgüzar və investisiya xarakterli Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının zirvə toplantısı 20-22 noyabr tarixləri arası Malaziyanın Kuala-Lumpur şəhərində keçirilir. Liderlərin 27-ci görüşündə 10 üzv-ölkənin nümayəndələri bir araya gəlib.

 Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub