Modern.az

Amerikalı iki terrorda sağ qalıb

Amerikalı iki terrorda sağ qalıb

22 Noyabr 2015, 20:53

 

36 yaşlı amerikalı Metyu deyib ki, həyatında terrorçuların iki dəfə hücumu ilə üzləşib. Modern.az xarici mediaya istinadən bildirir ki, o, noyabrın 13-də yaraqlıların Parisdəki “Bataklan” konsert zalına və 2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı terror aktından sonra sağ qalıb.

Fransa paytaxtındakı hücum zamanı amerikalı ayağından yaralanıb. Bir müddət özünü ölmüş kimi aparan kişi terrorçular silahlarını yenidən dolduranda ehtiyatla “Bataklan”ın çıxışına yeriyib.

“Mən yavaşca irəli hərəkət etdim – santimetr santimetr. Bir anda əlimi uzadanda çıxışda olduğumu gördüm”, - kişi deyib.

Nyu-Yorkdakı faciədə isə Metyu küçədə, düz məşhur əkiz qüllələrin binasının pəncərəsi altında olub. Təyyarə qüllələrdən birinə çırpılanda amerikalı işgüzar görüşə gedirmiş. 

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?