Modern.az

Nalçikdə atışma - üç nəfər öldürülüb

 Nalçikdə atışma   - üç nəfər öldürülüb

Dünya

22 Noyabr 2015, 21:49

 

Nalçikin mərkəzindəki Kuliev küçəsində yaraqlılarla atışma olub. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, polis əməkdaşları sənədləri yoxlamaq üçün saxladıqları avtomobilin işindəkilərdən biri atəş açıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, atışma “Salam” kafesi rayonunda gedib. İŞİD-in Kabar-Balkandakı lideri olduğu güman edilən 29 yaşlı Yuri Bitsuev, onun quldur dəstəsi formalaşdırılmasındakı dəstəkçisi Murat Cambarov və Tarçokov soyadlı sürücü məhv ediliblər.

Kabardin-Balkarın operativ qərargahından verilən məlumata görə, bu gün ikinci dəfə Nalçik ərazisində terror əleyhinə rejim tətbiq edilib. Noyabrın 22-də səhər saatlarında Naliçik hüquq-mühafizə orqanlarının keçirdikləri xüsusi əməliyyat nəticəsində İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması ilə bağlı olan 11 nəfərlik quldur dəstəsi zərəsizləşdirilib.

 

Modern.az

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!