Modern.az

Azərbaycanda ən çox tələb olunan avtomobil - “Mersedes Bens”...

Azərbaycanda ən çox tələb olunan avtomobil - “Mersedes Bens”...

11 Noyabr 2010, 15:19

Dünyada ən bahalı və ən son dəbdə olan avtomobil,  avtomobil sahəsində olan yeniliklərlər-  bu kimi  xəbərlər həmişə maraqla izlənilir. Hazırda  dünyada zövqlə dizayn olunmuş xeyli sayda avtomobil markası mövcuddur. İnsanlar avtomobil alarkən bir cox məqamlara xüsusi diqqətlə yanaşır.
Dünyada BMV , “Mersedes”, “Nissan”,  “Opel” kimi avtomobil markaları maşın bazarlarında liderlik edir. Bəs görəsən Azərbaycanda hansı avtomobil markalarına  üstünlük verilir?  Avtomobil bazarında mütəmadi monitorinqlər keçirən “Əmlak bazarı iştirakçıları” İctimai Birliyinin icracı katibi Ramil Osmanlı Modern.az saytına bunları danışıb: “Bir müddət öncə Azərbaycan bazarlarında Rusiya istehsalı olan avtomobillər üstünlük təşkil edirdi. Hazırda isə vəziyyət bir qədər dəyişib. Almaniya istehsalı olan avtomobillər Rusiya avtomabillərini  nisbətən sıradan çıxarır. Hazırda avtomobil bazarında Almaniya istehsalı olan “Mersedes Benz” markalı avtomobil liderlik edir. Bu marka hazırda istənilən avtomobil markasını 3-4 dəfə geridə qoymağa qadirdir. Avtomobil bazarının ikinci ən çox bəyənilən markası olan  BMV də hətta  “Mersedes Benz”-dən 3-3,5 %  geridədir”.

R.Osmanlı deyir ki, son illər ölkədə böyük populyarlıq qazanan  Yaponiyanın “Toyota”, Cənubi Koreyanın “KİA” , “Hunday”  kimi markaları da bəyənilən avtomobillər sırasındadır: “Deyə bilərəm ki, bazarda maşınlara olan yüksək tələb bu avtomobillərin xeyrinə dəyişir.

Avtomobil seçərkən bir sira faktorlara önəm verilir. Konfort, avtomobilin xarici görüntüşü, keyfiyyət... Təbii ki, bu sırada qiymət faktoru da önəmlidir,  avtomobillər bir sıra keyfiyyətləri ilə yanaşı, alıcıların cibinə də uyğun olmalıdır”.

Ramil Osmanlı hesab edir ki, avtomobilin öz dəyərini saxlaması məsələsi daha vacibdir: “Yəni bu gün “Mersedes Benz ” markalı avtomobildə qiymət azalması 5- 10 % təşkil edirsə,  “Nissan”, “Toyota” markalı avtomobilllərdə 20 %,  “Hunday” və  “KİA”da isə bu göstərici 25- 30 % -dən daha yüksəkdi.

Bütün bunlara baxmayaraq, hazırda Azərbaycanın avtomobil bazarında həm idxalda, həm də alıcı qüvvəsində əvvəlki illərlə müqayisədə geriləmə müşahidə olunur. Belə ki, Azərbaycanda 2008-ci illə müqayisədə avtomobil idxalı 3,5-4 dəfə aşağı düşüb. İdxal bazarının ümumi mənzərəsi belə deməyə əsas verir.  2008- ci illə müqayisədə 2009-cu ildə Azərbaycana idxal olunan avtomobillərin sayı 42,4 % azalıb. 2010 –cu ildə isə bu rəqəmin daha da azalacağı gözlənilir. 2010-cu ilin sonuna qədər  avtomobil idxalı 2,5 dəfə azalacaq”.

Müsahibimiz eyni zamanda qeyd edir ki, əgər 2008 –ci ildə Azərbaycanda 100 min avtomobil satılırdısa, 2010 –cu ildə  bu rəqəm 25-30 minə enib: “Baxmayaraq ki, bu gün avtomobil bazarının rəsmi dillerləri  müxtəlif kredit təşkilatları və banklarla müxtəlif işbirliyi aparır. 2008-ci illə müqayisədə bu gün avtomobil bazarı kifayət qadər maraqlı və cəlbedicidir. Buna baxmayaraq, bu sahədəki araşdırmalar göstərir ki, alıcıların sayı 3,5-4 dəfə azalıb”.

Sədaqət  Süleymanova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü