Modern.az

Ən çox terror müsəlman ölkələrində törədilib

Ən çox terror müsəlman ölkələrində törədilib

23 Noyabr 2015, 09:59

“Qlobal terror indeksi” təşkilatının araşdırmasına görə, terror hücumlarından müsəlman ölkələri daha çox əziyyət çəkirlər. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, təkcə 2014-cü ildə 9 min 929 nəfər İraqda terror hücumlarının qurbanı olub. Bu, illik hesabat təqdim edilən ölkələr arasında ən yüksək göstəricidir.

Bundan əlavə, terrordan ziyan çəkən müsəlman ölkələrinin ilk beşliyinə Əfqanıstan, Nigeriya, Pakistan və Suriya da düşüb. Terror hücumlarının 78 faizi bu “beşlik”dəki ölkələrin payına düşür. Terror aktlarının xüsusilə artdığı Nigeriyada 2014-cü ildə ölənlərin sayı 7 min 512 nəfər olub.

Ötən il bütün dünyada terror hücumları nəticəsində 32 min 658 nəfər ölüb. Bu 2013-cü illə müqayisədə 80 faiz çoxdur.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi