Modern.az

ABŞ kanalı Rusiyanın uğurunu öz adlarına çıxarmaq istədi – VİDEO

ABŞ kanalı Rusiyanın uğurunu öz adlarına çıxarmaq istədi – VİDEO

23 Noyabr 2015, 17:17


ABŞ-ın PBS telekanalının Ağ Evin Suriyada “İslam dövləti” (İŞİD) terror təşkilatına qarşı apardığı əməliyyatlarla bağlı yaydığı kadrlar birmənalı qarşılanmayıb.

Modern.az Kremlə yaxın media orqanı olan “Lifenews”a istinadən bildirir ki, sözügedən telekanal Rusiyanın İŞİD-ə qarşı əməliyyatlarını əks etdirən videogörüntüləri ABŞ-ın müvəffəqiyyəti kimi qələmə verib.

Məlumata görə, PBS qeyri-kommersiya ictimai televiziya yayımı Rusiya Müdafiə Nazirliyinin “YouTube” kanalındakı videolardan istifadə etməklə belə hir addım atıb.

 

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?