Rusiya prezidenti Vladimir Putin Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdımuhhəmədovla görüşdə Xəzər dənizi üzərində hava məkanının təhlükəsizlik məsələlərini müzakirə edib.
Modern.az-ın xarici mediaya istinadən vediyi xəbərə görə, Rusiyanın lideri deyib ki, Xəzər dənizi üzərindəki hava məkanından İraq-Şam İslam Dövləti (İŞİD) ilə mübarizə terror aktlarında günahkarlar cəzalandırılana qədər istifadə ediləcək.
“Terror təşkilatları - İŞİD adlandırılan və digərləri onlar heç kimə rəhm etmirlər, onlar vəhşiliklə məşğul olurlar”, - Putin deyib.
Rusiya prezidenti Xəzər dənizi üzərində hava məkanının istifadəsi ilə bağlı regiondakı narahatlığa da münasibər bildirib: “Qazaxıstanlı dostlarımız, bizə hələ heç nə deyilməyib”.
Modern.az