Modern.az

Telman İsmayılovun köməkçisi üçün rüşvət verən milyarder tutuldu

 Telman İsmayılovun köməkçisi üçün rüşvət verən milyarder tutuldu

23 Noyabr 2015, 22:18

 

Moskvanın Persenski məhkəməsi biznesmen Roman Manaşirov barəsində iki aylıq həbs qətimkan tədbiri haqqında qərar çıxarıb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, istintaqın versiyasına görə, biznesmen Moskvada  biznes-tərəfdaşı Januko Rafailovun Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinin müstəntiqləri Viktor Rubaşkin və Vladimir Andrievskiyə rüşvət verməsinə vasitəçilik edib.

Digər məlumata görə, iki sutka istintaq altında olan Manaşirov bir neçə dəfə özünü pis hiss etdiyini bəyan edərək səhhətindəki problem səbəbindən buraxılmasını istəyib.

“Manaşirov və onun nümayəndələri dəfələrlə ürəyindəki problemə görə, təcili yardım çağırıblar. Vəkillər sağlamlığna görə buraxılması haqqında vəsatət qaldırıblar”, - hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Dövlət Dumasının deputatı İldar Samievin zaminə götürmək istəyi də onun həbsdən buraxılamsında kömək etməyib.

Yanuko Rafailova “Cinayətlkar birlik hərəkatı” yaratmaq ittihamı ilə cinayət işi qaldırılıb.

Onun firmasında yüzlərlə miqrant qeyri-leqal çalışıb. İstintaqçılar Rafailovu qaçqın Azərbaycan əsilli oliqarx Telman İsmayılovun yaxın köməkçisi xatırlayırlar.

 K Vladimir Andrievski sorğu-sual zamanı İstintaq Komitəsinin binasından qaçıb, onun həmkarları isə keçən həftənin şənbə günü həbs ediliblər.  

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi