Modern.az

Əsl fələstinli...(fotolar)

Əsl fələstinli...(fotolar)

11 Noyabr 2010, 17:54

Bu gün Fələstinin əfsanəvi lideri Yasir Ərəfatın ölümünün 6 –cı il dönümüdür. Fələstinlilər bunula bağlı Yasir Ərafatın ev müzeyini yaratmaq qərarına gəliblər. Modern.az saytıının xarici mətbuata istinadən verdiyi xəbərə görə, fələstınlilər Yasir Ərafatın ev muzeyinin açılması ilə bağlı hazırlıq işlırinə başlayıb. Muzeydə nümayiş olunacaq liderin şəxsi əşyaları artıq toplanmağa başlanıb.

Yasir Ərafat Fələstin Azadlıq Təşkilatının lideri  və Milli Fələstin rəhbərliyinin ilk rəhbəri olub. Həyatını Fələstinin azdlığına həsr edən Ərafatın ömrü sui-qəsd cəhdləri və sürgün vəziyyətində keçib. 6 il bundan əvvəl isə xərçəng xəstəliyindən dünyasının dəyişib.

Yasır Ərafatın muzeyində nümayiş olunacaq əşyalar arasında ölümündən iki həftə əvvəl sonuncu dəfə getdiyi kometerapiya zaman taxdıxı kəfiyə, mühasirə zamanı İsrain hucumlarından xəbər tutmaq üçün istifadə etdiyi radio, 1967 –ci ildə İsrail işğalı altında olarkən yanından ayırmadığı Quran da yer alır. 

Tikintisi iki ay əvvəl başlanan muzeyin 2011 –ci ildə istifadəfə veriləcəyi gözlənilir. Qeyd edək muzey Ərafatın ömrünün son 3 ilini keçirdiyi Ramallah bölgəsində inşa edilir.




Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu