Modern.az

Türkiyə sərhədi pozan döyüş təyyarəsini vurdu - YENİLƏNİB

Türkiyə sərhədi pozan döyüş təyyarəsini vurdu -  YENİLƏNİB

24 Noyabr 2015, 12:33


Suriya sərhədində bir təyyarənin düşdüyü iddia edilir.

Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, təyyarənin kimə aid olduğu bilinmir. Təyyarənin Kızıldağ bölgəsinə düşdüyü, pilotların paraşütlə tullandığı bildirilir.

Təyyarənin Hatayın Yayladağı mahalına yaxın bir ərazidə olan Suriyanın Yamadı kəndindəki türkmənlərin sığındığı çadırların üzərinə düşdüyü də iddia edilir.

Cəbhədəki türkmən qaynaqları, zenit atəşi ilə salınan naməlum təyyarədən paraşütlə atılanları gördüklərini də söyləyiblər.

Bölgədəki qaynaqlar sərhədi pozan təyyarənin Türkiyə reaktivləri tərəfindən salındığını bildirib. Ancaq təyyarənin Rusiyaya, yoxsa Suriyaya aid olduğu hələ bilinmir.

***

Türkiyə KİV-nin verdiyi xəbərə görə, bu ölkənin F-16-sı Suriyaya məxsus Miq-23 qırıcı təyyarəsini vurub. Buna səbəb hava məkanının pozulması olub. Ekipaja xəbərdarıq edildiyindən pilotlar təyyarəni tərk edə biliblər.

 

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir