Modern.az

"Azərbaycanda dərman istehsal edən müəssisələr yaradılacaq"

"Azərbaycanda dərman istehsal edən müəssisələr yaradılacaq"

İqtisadiyyat

24 Noyabr 2015, 12:01


“Biz yaxın zamanlarda Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılmasının şahidi olacağıq”.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın dərman sektoru yalnız xaricdə istehsal olunan dərmanlar hesabına özünü təmin edə bilməz: “Bu istiqamətdə işlər aparılır”.

Ə.Əhmədov deyib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə Nazirlər Kabineti nəzdində yaradılan Tibbi Sığorta Agentliyinə rəhbər təyin edilib. O, hazırda bu strukturun yaradılması istiqamətində işlərin aparıldığını deyib: “Bilirsiniz ki, bu struktur Azərbaycanda ilk dəfə yaradılır. Ona görə də həm hüquqi, həm də təşkilatı baxımdan görüləcək işlər var”.


Modern.az
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə