Ali Məhkəmənin bu gün keçirilən Plenumunda həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı məsələyə baxılıb. Plenumunda həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına baxılıb.
Plenumda Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və baş prokuror Zakir Qaralov da iştirak edib. (Azadlıq radiosu).
Ali Məhkəmənin Plenumunda terrorla hədələmə və irqi ayrı-seçkilik salmaqla bağlı jurnalistə verilmiş cəzalara xitam verilməsinə dair qərar çıxarılıb.
Lakin məhkəmədə iştirak edən dövət ittihamsı Plenumdan E.Fətullayevə vergidən yayınma ilə bağlı verilən 2 ay müddətinə cəzanın artırılmasının xahiş edib.
Plenumun vergi ittihamı ilə bağlı jurnalistin 2 il 3 ay15 gün müddətinə təkrar azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Eyni zamanda Pelunuma rəhbərlik edən Ali Məhkəminin sədri Ramiz Rzayev qərarı elan edərkən deyib ki, E.Fətullayev həmin müddəti 2007-ci ilin aprelindən cəza çəkdiyini görə onun bu gün barəsində çıxarılan 2 il 3 ay 15 gün cəzası çəkilmiş hesab edilsin və o azad edilsin.
Pleunumun qərarına görə, bu qərarın Fətullayevin narkotik maddə əldə edib saxlamasına və bu işlə bağlı ona verilmiş cəzaya aidiyyatı yoxdur. Çünki Ramiz Rzayev bildirib ki, hazırda Plenumun iclasında Avropa Məhkəməsinin qərarına baxılır, narkotik itiihamına yox.
R.Rzayev deyib ki, narkotik ittihamı ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət olunmalıdır:
“Bu məsələnin Plenumun işində qaldırılması düzgün deyil”.
Fətullayev 2007-ci ildəYasamal Rayon Məhkəməsinin qərarı ilə təhqirdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həbs edilən Fətullayevə qarşı sonradan terrorçuluqla hədələmə, qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, vergidən yayınma ittihamları irəli sürülüb. 2007-ci il oktyabrın 30-da Ağır Cinayətlər Məhkəməsi Eynulla Fətullayevə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası kəsib.
2009-cu ilin dekabrında saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində Eynulla Fətullayevin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Qaradağ Rayon Məhkəməsi ona yeni cinayət işi qaldırıb. 2010-cu ilin iyulunda Qaradağ Rayon Məhkəməsi Eynulla Fətullayevi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlamaqda təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il aprelin 22-də Eynulla Fətullayevin 2007-ci ilə aid iki iş üzrə Azərbaycan dövlətinə qarşı şikayətinə baxaraq ədalətli mühakimə hüququnun pozulduğunu tanıyıb, onun dərhal azadlığa buraxılmasını tələb edib, jurnalistə məhkəmə xərcləri ilə birgə 27 min 822 avro təzminat ödənilməsi haqda qərar qəbul edib. Oktyabrın 4-də Azərbaycan hökumətinin Böyük Palataya şikayətinə baxılıb və 22 aprel qərarı qüvvədə saxlanıb. Ali Məhkəmənin Plenumu bu məsələyə baxmalıdır.
Modern.az