Modern.az

Putin Türkiyənin vurduğu təyyarəyə görə təcili iclas çağırdı

 Putin Türkiyənin vurduğu təyyarəyə görə təcili iclas çağırdı

Dünya

24 Noyabr 2015, 14:14


Bu gün Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus Su-24 döyüş təyyarəsi Türkiyə ordusu tərəfindən vurulub. Məsələ ilə Rusiya Müdafiə Nazirliyi də açıqlama verib.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Müdafiə Nazirliyi təyyarənin Suriya ərazisində vurulduğunu bəyan edib.

“Rusiya aviaqrupu Suriya ərazisində qəzaya düşüb. Bu yerdən açılan atəş nəticəsində olub”,-deyə bildirilib.  

Bu arada Rusiya prezidenti Vladimir Putinin hadisə ilə bağlı təcili olaraq Təhıükəsizlik Şurasının iclasını çağırdığı bildirilir. Kremldəki mənbənin sözlərinə görə Putin hadisə ilə əlaqədar xüsusi bəyanatla çıxış edəcək.  

Qeyd edək ki, Türkiyə tərəfi bildirib ki, vurulan təyyarə Hatay yaylası bölgəsində ölkənin hava sərhədlərini pozub.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında qeyd olunub ki, Silahlı Qüvvələrə verilmiş təlimat təyyarəyə iki F-16 ilə müdaxilə edilib. O da vurğulanıb ki, təyyarə bir neçə dəfə olunan xəbərdarlıqlara məhəl qoymayıb.  

Aqşin Kərimov  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir