Modern.az

Türkiyə-Suriya sərhədində vurulan Rusiya təyyarəsi ilə bağlı MÜƏMMA

Türkiyə-Suriya sərhədində vurulan Rusiya təyyarəsi ilə bağlı MÜƏMMA

24 Noyabr 2015, 14:38

 

Bu gün Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulması ilə bağlı müəmmalar ortaya çıxıb.  

Modern.az saytının məlumatına görə türkman komandan Osman Salih isə təyyarənin onlar tərəfindən zərərsizləşdirdiyi barədə məlumat verib.

O, “Habertürk”ə canlı yayıma qatılaraq söyləyib ki, türkman qüvvələri təyyarəni raketlə vurublar.  

Onun dediyinə görə, döyüş təyyarəsinin içərisində yanan pilotlar özlərini meşəyə atıblar.  

“Biz indi həmin təyyarələri axtarırıq. İndi pilotların yerlərini də tapmışıq. Bir azdan yanımızda əsir olacaqlar. İki helikopter isə pilotları almaq istəyir”.  

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı F-16-larla hava sərhədini pozan təyyarəyə müdaxilə edildiyini bildirib.  

Rusiya Müdafiə Nazirliyi isə iddia edir ki, təyyarə sərhədləri pozmayıb və Suriya ərazisində vurulub.  


Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı