Modern.az

Kimyaçı akademik: “Azərbaycanda ən yaxşı kimyaçılar onlardı...” - SORĞU

Kimyaçı akademik: “Azərbaycanda ən yaxşı kimyaçılar onlardı...” - SORĞU

Mədəni̇yyət

25 Noyabr 2015, 17:33


Modern.az
saytı Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) müxtəlif elmi sahələrin durumunu və həmin elmlərə aid olan kadrların yetərliliyini bilmək üçün silsilə sorğulara start verir. Sorğuda  müxtəlif elm sahələrini təmsil edən akademik, professorlar həmin elmin akademiya və universitetlərdəki vəziyyətinə də toxunacaq.
İlk olaraq AMEA-nın Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev kimya elminin universitetlərdəki durumu, inkişafa, yaxud geriyə doğru getdiyini şərh edib

“AMEA-da neft kimyası, kataliz kimyası, aşqarlar kimyası sahəsində işlər gedir. Sovet dövründə elə idi ki, SSRİ-nin bütün akademiyalarında, institutlarında elmi problemlər birləşərək həll edilirdi. Bunun müsbət tərəfləri çox idi. Çünki bir ölkə alimlərinin əsasını qoyduğu kimyəvi nəzəriyyə, kəşf başqa bir ölkəyə sınaq üçün göndərirdi. Onlar da öz fikirlərini deyir, əlavələrini edirdilər. Bu çox yaxşı idi. Kimyaçıların işbirliyi çox effekt verirdi. Sonra ittifaq dağıldı və hər ölkə öz elmi problemini özü həll etməyə çalışdı.
İndi sənayenin miqyası azalıb, imkanlar tükənib, xarici texnologiyaların tətbiq edilməsi bizim işimizi bir balaca çətinləşdirib. Buna baxmayaraq akademiyanın kimya institutları yenə də əlindən gələni əsirgəmir.

AMEA-nın ümdə işlərindən biri də budur ki, elmlə təhsilin, akademiya ilə universitetlərin sintezini yaratsın. Bu istiqamətdə işlər gedir. Bizim institutda da tədris laboratoriyaları yaradılıb və universitet tələbələri orada elmi tədqiqat aparmağı öyrənirlər. Akademiyada artıq magistr pilləsi də fəaliyyət göstərir ki, universitetin bakalavriat pilləsindən gələn tələbələr orada daha çox nailiyyətlər əldə edə bilərlər”.

Vaqif Fərzəliyev fikrincə, Azərbaycan kimya elminin hazırkı ən güclü nümayəndələri aşağıdakı şəxslərdir:

Məhəmməd Məmmədyarov – akademik, Neft və Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, 92 yaş;

Ağadadaş Əliyev – akademik, 76 yaş, Neft və Katalizi Kimya İnstitutu;

Vaqif Abbasov – akademik, Neft və Kimya Prosesləri İnstitutunun direktoru, 63 yaş;

Dilqəm Tağıyev, AMEA Rəyasət Heyəti, kimya elmləri bölməsinin akademik katibi, 67 yaş;

Abel Məhhərəmov – akademik, Bakı Dövlət Universitetinin rektoru, 65 yaş;

Tofiq Nağıyev –akademik, AMEA-nın vitse-prezidenti;

Ramiz Rzayev- akademik, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, 76 yaş.

Elmin NURİ

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü