Modern.az

Azərbaycanlı jurnalistlər Şimali Kiprin qurucu prezidenti ilə görüşüblər

Azərbaycanlı jurnalistlər Şimali Kiprin qurucu prezidenti ilə görüşüblər

12 Noyabr 2010, 13:00

Azərbaycan media nümayəndələrinin Şimali Kipr Türk Cumhuriyyətinə səfəri davam edir. Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi» layihəsi çərçivəsində baş tutan səfərin ilk iş günündə Azərbaycan nümayəndə heyətinin üzvləri ŞKTC-nin qurucu prezidenti Rauf Denktaşla görüşüblər. Modern.az-ın məlumatına görə, bundan sonra nümayəndə heyəti ŞKTC-nin nüfuzlu media qurumlarında - “Kipr” qəzetində, eyni adlı televiziyada (KTV), həmçinin ŞKTC-nin turizm nazirliyində və “Yakın Doğu” Universitetlərində görüşlər keçirib.

Noyabrın 10-dan 16-dək davam edəcək səfərdən məqsəd ŞKTC-dəki KİV-lərin iş təcrübəsi ilə yaxından tanış olmaqdan ibarətdir. Həmçinin Şimali Kiprin ali təhsil ocaqlarında jurnalistikanın tədrisi vəziyyətinin öyrənilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, ŞKTC-də səfərdə olan nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, MŞ sədrinin müavini Müşfiq Ələsgərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,  “Azərbaycan” qəzetinin baş redaktor müavini Zeynal Zeynalov, “Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, “Ekspress” qəzetinin təsisçisi Müşfiq Səfiyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Paritet” qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və “Oxu məni” qəzetinin baş redaktoru Emin Axundov daxildir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir