Modern.az

Allahşükür Paşazadə Azərbaycan xalqına Qurban bayramı təbriki ünvanladı

Allahşükür Paşazadə Azərbaycan xalqına Qurban bayramı təbriki ünvanladı

12 Noyabr 2010, 13:22

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Modern.az xəbər verir ki, şeyx öz təbrikində dünya azərbaycanlılarını mübarək Qurban bayramı münasibətilə təbrik edib, kəsilən qurbanların, dua və ibadətlərin Haqq dərgahında qəbul olunmasını Pərvərdigari-Aləmdən rica edib:
”Peygəmbərlər sələfi Həzrət İbrahim əleyhissəlam yadigarı olan Eydül-Əzha - Qurban bayramı İslam ümmətinin ən müqəddəs və şərəfli günlərindəndir. Bəşər nəslinin Uca Yaradanına təqva və məhəbbətinin, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətinin təcəssümü olan müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir”.

Şeyx bu əziz gündə şəhidlərimizin ruhlarına rəhmət diləyərək, Allah-Təalaya torpaqlarımızın işğalçılardan təmizlənməsində, Vətənimizin ərazi bütövlüyünü bərpa etməkdə, Azərbaycanın dövlət bayrağını tezliklə doğma Qarabağda ucaltmaqda bizlərə yardımçı olması üçün dualar etdiyini bildirib.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə