Modern.az

Tiflisdəki qaçqın qurultayına nə “Dövlətqaçqınkom”, nə də Qarabağın Azərbaycanlı İcması dəvət olunub

Tiflisdəki qaçqın qurultayına nə “Dövlətqaçqınkom”, nə də Qarabağın Azərbaycanlı İcması dəvət olunub

12 Noyabr 2010, 17:56

Noyabrın üçüncü ongünlüyündə Gürcüstanın paytaxtı Tiflisdə Osetiyadan, Abxaziyadan qaçın düşən gürcü qaçqınların qurultayı keçiriləcək.

Bu qurultayda Ermənistan tərəfindən işğal edilməş Azərbaycan rayonlarından olan məcburi köçkünlər də iştirak edəcəklər.

Bu barədə Modern.az saytına Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı məlumat verib.

Maraqlıdır, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi bu qurultaya dəvət alıbmı?

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov Modern.az-a məlumatında bildirib ki, Tiflisdə Cənubi Qafqazdan olan qaçqınların qurultayı ilə bağlı onlarda heç bir məlumat yoxdur: “Keçən il də belə bir tədbir oldu. Ora dəvət almışdıq və iştrak elədik. Özü də həmin qurultayda mən özüm iştrak edirdim. Onu deyə bilərəm ki, bu qurultayla bağlı bizə məlumat daxil olmayıb”.

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Mehdi Abdullayev də Tiflisdə keçiriləcək  qurultayla bağlı heç bir məlumat alamdıqlarını deyib: “Əgər müraciət olunsa,  iştrak edəcəyik. Əvvəlki illərdə keçirilən qurultaylarda da iştrak etməmişik”.

 Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü