Modern.az

Diabetdən dünyasını dəyişənlərin sayı 2 dəfə artacaq

Diabetdən dünyasını dəyişənlərin sayı 2 dəfə artacaq

Dünya

12 Noyabr 2010, 18:03

14 noyabr Ümumdünya Diabet Günüdür. BMT baş katibinin bununla bağlı müraciətində bildirilib ki, hökumətlər və onların tərəfdaşları tərəfindən bu xroniki, insanı taqətdən salan və müalicəsi baha başa gələn xəstəliklə mübarizə aparmaq üçün tədbirlərin görülməsinə ehtiyac var.
Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarına görə 2005–2030-cu illər ərzində diabetdən dünyasını dəyişənlərin sayı iki dəfə arta bilər. Xəstəlikdən ən çox yoxsul ölkələr əziyyət çəkir, belə ki, diabetə tutulanların 80 faizi aşağı və orta gəlirli dövlətlərdə yaşayır. 220 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir və heç bir ölkə bundan sığortalanmayıb.


”Erkən diaqnoz və effektiv müalicə çox vacibdir. Diabetə tutulan insanların informasiya, müalicə və ya insulin kimi həyati əhəmiyyətli dərmanları əldə edə bilmədiklərinə görə dünyalarını dəyişməsi qəbulolunmazdır. Hökumətlər mövcud bütün çatışmazlıqları aradan qaldırmaq üçün mümkün olan hər şeyi etməlidirlər ki, diabetli insanlar sağala bilsin, xəstəliyin ürək, qan damarları, gözlər, böyrəklər və sinir sisteminə vurduğu ziyanın qarşısı alına bilsin.

Siqaret çəkmək kimi xəstəliyi ağırlaşdıran faktorlardan yayına və öz vəziyyətlərini düzgün tənzimləyə bilmələri üçün diabet riski ilə üz-üzə qalan, yaxud bu xəstəliyə tutulmuş insanları təlimatlandırmaq çox vacibdir. Bu, böyük insan iztirabı və maliyyə xərclərinə səbəb olan uzunmüddətli ağırlaşmaların qarşısını alacaq”.

Ümumdünya Səhiyyə Təşkilatının qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarət edilməsi üzrə qlobal strategiyası ayrı-ayrı şəxslər, icmalar və hökumətlərin diabetlə mümkün mübarizə yollarını müəyyən edir. Sentyabr ayında Baş Assambleya qeyri-infeksion xəstəliklərin qarşısının alınması və onlara nəzarət edilməsi üzrə yüksək səviyyəli görüş keçirəcək. Mən bütün iştirakçıları bu görüşdən diabet və digər əsas xroniki xəstəliklərlə mübarizə aparmağa qərarlı olduqlarını bütün dünyaya göstərmək üçün istifadə etməyə çağırıram”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!