Modern.az

Teleqüllənin yaynında daha 470 mərmi aşkarlanıb

Teleqüllənin yaynında daha 470 mərmi aşkarlanıb

13 Noyabr 2010, 12:33

10 noyabr 2010-cu il tarixində Bakı şəhəri, Səbail rayonunda teleqüllənin yaxınlığında döyüş sursatlarının aşkarlandığı ərazidə axtarış əməliyyatı 12 noyabr 2010-cu il tarixində davam etdirilib. Nəticədə Fövqəladə Hallar Nazirliyininvə aidiyyəti qurumların mütəxəssisləri tərəfindən daha 470 ədəd döyüş başlığı olmayan 125mm zirehli texnika əleyhinə çapaltı mərmilər aşkar edilib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, aşkarlanmış mərmilər xüsusi nəqliyyat vasitəsinə yüklənərək aidiyyəti qurumların mütəxəssislərinin müşayiəti ilə xüsusi ayrılmış əraziyə gətirilib. Hazırda sursatların aşkarlandığı ərazidə nazirliyin və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən axtarış işləri davam etdirilir. 

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə