Modern.az

Şimali Kiprə gedən azərbaycanlı jurnalistlər universitetlərdə olublar

Şimali Kiprə gedən azərbaycanlı jurnalistlər universitetlərdə olublar

Qarabağ

13 Noyabr 2010, 13:42

Modern.az-ın məlumatına görə, Azərbaycan media nümayəndələrinin Şimali Kipr Türk Cumhuriyyətinə səfəri davam edir. Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi» layihəsi çərçivəsində baş tutan səfərin növbəti günündə Azərbaycan nümayəndə heyətinin üzvləri Kıbrıs Beynəlxalq Universitetində və Doğu Akdeniz Universitetində olublar. Burada jurnalistika fakultələrinin tədris proqramı ilə tanışlıq aparılıb, təhsil müəssisələrində çalışan azərbaycanlı müəllim heyəti, habelə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Azərbaycanın media təmsilçiləri təqribən 200 nəfərin qatıldığı görüşdə tələbələri maraqlandıran sualları cavablandırıblar. Daha sonra ölkəmizin nümayəndə heyətinin üzvləri ŞKTC-nin Sivil Savunma Bakanlığında güc qurumları ilə KİV-in qarşılıqlı əməkdaşlığı barədə müzakirələrdə iştirak ediblər.

Qeyd edək ki, noyabrın 10-dan 16-dək davam edəcək səfərdən başlıca məqsəd ŞKTC-dəki KİV-lərin iş təcrübəsi ilə yaxından tanış olmaqdan ibarətdir. Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, MŞ sədrinin müavini Müşfiq Ələsgərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,  “Azərbaycan” qəzetinin baş redaktor müavini Zeynal Zeynalov, “Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, “Ekspress” qəzetinin təsisçisi Müşfiq Səfiyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Paritet” qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və “Oxu məni” qəzetinin baş redaktoru Emin Axundov daxildir. Media təmsilmilərimiz səfərin ilk iş günündə ŞKTC-nin qurucu prezidenti Rauf Denktaşla görüşüb, Şimali Kiprin nüfuzlu media qurumlarında - “Kipr” qəzetində, eyni adlı televiziyada (KTV), həmçinin ŞKTC-nin turizm nazirliyində və “Yakın Doğu” Universitetində olublar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır