Modern.az

Biz o qədər namussuz deyilik ki, terrorçulardan neft alaq - Ərdoğan

 Biz o qədər namussuz deyilik ki, terrorçulardan neft alaq - Ərdoğan

1 Dekabr 2015, 00:03

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin "İraq-Şam İslam Dövləti" terror qruplaşmasından (İŞİD) neft almasına dair məlumat öz təsdiqini tapacağı təqdirdə, istefaya getməyə hazır olduğunu bəyan edib. Modern.az saytı  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Biz o qədər namussuz deyilik ki, terrorçulardan neft alaq. Əgər sübut olunarsa ki, biz bunu etmişik, mən öz kreslomu tərk edəcəyəm. Əgər hər hansı bir sübut varsa, qoy göstərsinlər, biz də baxaq", — deyə Türkiyə lideri bildirib.

Qeyd edək ki, bundan əvvəl, Rusiya prezidenti Vladimir Putin terrorçular tərəfindən ələ keçirilən ərazilərdən Türkiyəyə neft tədarük olunduğunu bildirmişdi.  

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir