Modern.az

Füzuli rayonunda qazlaşdırılma yüz faiz başa çatdırıldı

Füzuli rayonunda qazlaşdırılma yüz faiz başa çatdırıldı

İqtisadiyyat

1 Dekabr 2015, 11:22

Füzuli rayonunun  4 və 5 №-li Qayıdış qəsəbələrinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, respublikamızda əhalinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışıb. Rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verən  Alı Alıyev qeyd edib ki, prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq rayonun işğal olunmamış bütün yaşayış məntəqələri qazlaşdırılıb. Bildirib ki, Füzuli rayonu ölkə başçısının diqqət və qayğısı nəticəsində respublikada yüz faiz qazlaşdırılmış yeganə rayondur. Alı Alıyev qəsəbə sakinlərini əlamətdar gün münasibəti ilə təbrik edib.

Açılış mərasimində bildirilib ki, 4 və 5 №-li  Qayıdış qəsəbələrinin işıq, su, qaz ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Qəsəbələrdə məktəb, uşaq bağçası fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub.

Qeyd edək ki 400 abonenti olan  4 və 5 №-li  Qayıdış qəsəbələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 15581 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir evə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Açılış mərasimində çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda rəmzi məşəl yandırılıb və evlərə mavi yanacağın verilməsinə baxış keçirilib.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü