Modern.az

Gürcüstanda İŞİD-in 4 üzvü həbs olundu

Gürcüstanda İŞİD-in 4 üzvü həbs olundu

1 Dekabr 2015, 13:21


Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti “İslam dövləti” ilə (İŞİD) əlaqəsi olan 4 nəfərin həbs olunduğunu bildirib.

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, 11 evdə aparılan axtarışlar zamanı çoxlu sayda silah, qumbara və İŞİD bayraqları aşkar edilib.  

Təhlükəsizlik xidmətinin rəhbəri Levan İzoriya faktla bağlı Gürcüstan cinayət məcəlləsinin 236.2 maddəsi ilə cinayət işinin başlanıldığını deyib.  

Gürcüstan rəsmləri Suriyada 50-dən artıq ölkə vətəndaşının vuruşduğunu təxmin edir.      

Vüqar İsmayılov    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır