Modern.az

Barak Obama İlham Əliyevi təbrik etdi

Barak Obama İlham Əliyevi təbrik etdi

Təhsil

13 Noyabr 2010, 17:54

ABŞ prezidenti Barak Obama Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə Qurban bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda bildirilib:

Hörmətli cənab Prezident,
Qurban bayramı münasibətilə mənim və xanımım Mişelin Sizə və Azərbaycan xalqına olan ən xoş arzularına Amerika xalqı da qoşulur.
Ümid edirəm ki, bütün xalqlar Qurban bayramının təcəssüm etdirdiyi sədaqət və qurbanlıq ruhunu əziz tutacaq, bütün bəşəriyyət arasında sülh və xeyirxahlığa şəfqətlə və təmənnasız nail olmaq səylərini davam etdirəcəklər.
Sizə və Azərbaycan xalqına qarşıdakı ildə hədsiz xeyir-dua diləyirəm.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə