Modern.az

Faşizm insanları millətinə görə seçirdi - Deputatdan ittiham

 Faşizm insanları millətinə görə seçirdi  - Deputatdan ittiham

Dünya

1 Dekabr 2015, 21:38

 

Rusiya Dövlət Dumasının deputatı Dmitri Qudkov bu ölkədə yaşayan Türkiyə vətəndaşlarına qarşı təzyiqləri tənqid edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, deyib: “Faşizm Ukraynadadır, yoxsa Rusiyada, yoxsa yenidən doğur? Sonradan üzünüzün qızarmaması üçün dayanın və düşünün”.

 “Ədalətli Rusiya” Partiyasının deputatı Qudkov “Facebook” vasitəsilə açıqlamasında Türkiyənin hava məkanını pozan Rusiya qırıcısının vurulmasından sonra bu ölkədə yaşayan türk vətəndaşlarına təzyiq tətbiq olunduğu istiqamətindəki xəbərləri qiymətləndirib.

Bir ölkənin rəhbərliyi ilə xalqını bir-birinə qarışdırmağın böyük bir xəta olduğunu bildirən Qudkov yazıb: “Onları (türk vətəndaşlarını) Rusiyaya buraxmırlar. Hava limanında onlarla saat gözləməyə məcbur edib geri göndərirlər. Deyin mənə, türk tələbələrmi təyyarəni vurdu? Yoxsa, türk inşaatçılar pilotu öldürdü?"

Qudkov faşizmin insanları irqi və millət olaraq ayırdığını vurğulayaraq soruşub: “Rusiyada baş verən və telekanallarda təbliğatı aparılan da tam olaraq budur. Ulu babalarımız bunun üçün döyüşdü?” Krımın ilhaqı, Ukraynadakı daxili müharibə və digər hadisələrdən dolayı xaricdəki Rusiya vətəndaşlarına ayrıseçkilik edildiyinə işarə edən Gudkov, açıqlamasında, “Faşim Ukraynadadır, yoxsa Rusiyada, yoxsa yenidən doğur? Sonradan üzünüzün qızarmaması üçün dayanın və düşünün!”  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı