Pentaqon İraq-Şam İslam Dövləti terror qruplaşmasının şəxsi heyətinin təxmini sayı açıqlayıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ABŞ kəşfiyyatının yenilənmiş məlumatını dekabrın 1-də müdafiə naziri Eşton Karter brifinqdə elan edib.
Pentaqonun dəyərləndirməsinə görə, “xəlifə”nin ordusunda 20-30 min yaraqlı var.
“Bizim dəyərləndirməmizə görə, 30 min İŞİD üzvündən söhbət gedir. Bu yalnız ilkin dəyərləndirmədir. Söhbət həm də İŞİD-ə qoşulan müxtəlif səviyyəli məsələlərə cavabdeh olan şəxslərdən gedir”, - Karter deyib.
Modern.az