Modern.az

"Bəzi hallarda vətəndaşlar müalicə üçün xaricə üz tuturlar”

"Bəzi hallarda vətəndaşlar müalicə üçün xaricə üz tuturlar”

İqtisadiyyat

1 Dekabr 2015, 23:26

“Azərbaycanda səhiyyə ilə bağlı kompleks tədbirlər görülür. İlk növbədə səhiyyə infrastrukturu yaradılır. Bunsuz səhiyyəni inkişaf etdirmək mümkün deyil”.

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 1-də Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışındakı çıxışı zamanı deyib.

Ölkə başçısı deyib ki, həkimlərin hazırlığı istiqamətində də işlər aparılır.

“Müasir avadanlıq alınır. Yəni, bu sahədə görülən işlər əlbəttə ki, səhiyyə sisteminin təkmilləşməsinə gətirib çıxarıbdır. Ancaq görüləsi işlər hələ çoxdur. Biz elə etməliyik ki, Azərbaycanın hər bir yerində insanlar keyfiyyətli tibbi xidmət ala bilsinlər. Bəzi hallarda bəzi vətəndaşlar müalicə üçün xaricə üz tuturlar. Hesab edirəm, biz elə sistem yaratmalıyıq ki, əksinə xaricdən Azərbaycana müalicə və müayinə üçün gəlsinlər. Əminəm ki, bu xəstəxanada müalicə üçün qonşu ölkələrdə yaşayan, Naxçıvana yaxın bölgələrdən vətəndaşlar da gələ bilərlər və gələcəklər”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır