Modern.az

İran OPEK-in neft hasilatını azaltmasını istəyir

 İran OPEK-in neft  hasilatını azaltmasını istəyir

Dünya

2 Dekabr 2015, 01:14

 

İranın neft naziri Bican Namdar Zanqane OPEK-in baş katibinə  məktub ünvanlayaraq  kollektiv neft hasilatı kvotasına əməl edilməsini və əlavə hasilatın həcminin azaldılmasını tələb edib. Modern.az xəbər verir ki, bu arədə “Mehr” agentliyi məlumat yayıb.  

Məlumata görə,  bu barədə İranın Neft Nazirliyinin rəsmi nümayəndəsi Mehdi Asali bildirib və qeyd edib ki, nazir qeyd olunan məktubu OPEK-in dekabrın 4-də Vyanada keçiriləcək toplantısı ilə əlaqədar göndərib.  

“OPEK-in 168-ci görüşü ərəfəsində İranın neft naziri OPEK-in baş katibi Abdulla Salam əl-Badriyə göndərdiyi məktubda OPEK-ə üzv olan ölkələrdən neft hasilatının həcmini 1,3 mln barel azaltmağı və hələ 2011-ci ildə müəyyən edilən 30 mln barel həcmində kvotaya əməl etməyi  tələb edib.”, deyə Mehdi Asali bildirib.  

Asalinin sözlərinə görə, hazırda OPEK-in gün ərzində neft hasilatının həcmi 31,3 mln barel təşkil edir. “Blumberq”in məlumatına görə, OPEK ölkələri noyabr ayı ərzində gündə 32,12 mln barel neft hasil ediblər.  

Məktubda İranın neft naziri qeyd edib ki, İranın üzərindən sanksiyalarının götürülməsi ərəfəsində OPEK  hasilatın həcmini azaltmalıdır.

Modern.az

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir