Modern.az

Azərbaycanda təhlükəli xəstəliyə qarşı peyvəndləmə başlandı

Azərbaycanda təhlükəli xəstəliyə qarşı peyvəndləmə başlandı

2 Dekabr 2015, 10:24

Ölkə ərazisinin epizootoloji sabitliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq Epizootiya əleyhinə tədbirlər planına əsasən 2015-ci ilin dekabr ayında respublika ərazisində dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirinə başlayıb.
Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Modern.az-a verilən məlumata görə, iribuynuzlu heyvanların peyvəndlənməsi ilk növbədə ölkənin sərhəd, daha sonra  respublikanın digər rayonlarında həyata keçiriləcək.

Dabaq xəstəliyinə qarşı profilaktik tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərinin və aidiyyəti yerli qurumların yerlərdə dövlət baytarlıq xidmətinin mütəxəssislərinə müvafiq şərait yaratmaqla əməli köməklik göstərmələri tövsiyə olunur.

Hazırda respublikanın epizootik vəziyyəti sabitdir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?