Modern.az

“Azərsun” qiyməti artırılan məhsulların adını açıqlamır

“Azərsun” qiyməti artırılan məhsulların adını açıqlamır

İqtisadiyyat

2 Dekabr 2015, 10:48


Azərbaycanda ərzaq məhsullarının qiymətlərində növbəti bahalaşma müşahidə edilir. Modern.az xəbər verir ki, fevral aytında devalvasiyadan sonra ərzaq məhsullarının qiymətlərində cuzi artım müşahidə edilirdi. Lakin I Avropa Oyunlarından sonra marketlərdə insanların gündəlik tələbatı olan məhsullarda 20-30 faiz  qiymət artımı müşahidə edilməyə başladı. Həmin dövrdən bu günə qədər qiymətlərdə nəinki azalma, əksinə günü-gündən artım müşahidə edilir.

Təsadüfi deyil ki, bu gün Azərbaycan bazarının böyük hissəsini tutan “Azərsun” Holdinqin məhsulları aztəmanimatlı ailələr tərəfindən daha çox alınır. Bu şirkətin məhsullarını gündəlik təlabatda istifadə edən insanlar qiymət artımını daha çox müşahidə edirlər. Alıcılar qeyd edirlər ki, bir müddət öncə aldıqları məhsullara indi 30-40 qəpik artıq xərcləyirlər. Əmək haqlarında artım olmadığı bir zamanda qiymətlərin durmadan artması isə ailələrin büdcəsinə mənfi təsir edir.

“Azərsun” Holdinqin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov Modern.az-a açıqlamasında faktı qismən təsdiqləyib. O bildirib ki, bəzi məhsullarında artım olub. Lakin şirkətin sözçücüsü hansı məhsullarda qiymət artımın, hansılarda azalmanın olduğunu qeyd etməyib:
“Bizdə artım bazarda olan məhsullardan çox-çox aşağıdır. Biz məlumatı təqdim etdikdən sonra bazarda məhsulu olan digər şirkətlərdən məlumat öyrənilmir. Nəticədə ölkədə ərzaq böhranının qarşısını aldığımız halda bizi yalnış təqdim edirsiniz”.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi