Modern.az

Dərmanların qiymətinə ictimai nəzarət gücləndirilir

Dərmanların qiymətinə ictimai nəzarət gücləndirilir

2 Dekabr 2015, 12:45

Dərmanların qiymətlərini telefon və planşetlərdən izləmək mümkündür. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, qiymətləri tənzimlənən dərman vasitələrinin həm tərkib, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının www.tariff.gov.az saytının “Dərman vasitələri” bölməsində “pdf” formatında yerləşdirilib.

Həmin cədvəllərin mobil telefonlara və planşetlərə yüklənməsinə və cədvəllərdən elektron kitabça kimi istifadə etməyə, ictimai nəzarətin daha bir formasının tətbiqinə imkan yaradır.

Bildirilir ki, qiymətləri tənzimlənən dərman vasitələrinin siyahısını mobil telefonlara və planşetlərə yükləməklə dərman vasitələrinin qiyməti, tərkibi, istehsalçı ölkəsi və təsdiq olunmuş qiymətlərin tətbiq edildiyi tarix barədə ətraflı məlumat almaq mümkündür.

Yeni dərman vasitələrinin qiymətləri təsdiqləndikcə, bu cədvəllər də yenilənir.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü