Modern.az

Rusiya NATO-nu hədələdi: “Şərqə doğru irəliləməniz cavabsız qalmayacaq”

Rusiya NATO-nu hədələdi: “Şərqə doğru irəliləməniz cavabsız qalmayacaq”

2 Dekabr 2015, 14:22


Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov NATO-nun Çernoqoriyanı bloka üzv qəbul edəcəyi ilə bağlı açıqlamasına reaksiya verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Peskov Şimali Atlantika Bloku şərqə doğru irəlilədiyi halda Moskvanın bununla bağlı cavab addımları atacağını istisna etməyib:

“Bundan əvvəl də Rusiya müxtəlif səviyyələrdə bəyan edib ki, NATO hərbi infrastrukturlarının şərqə doğru irəliləməsi ölkəmizin öz maraqlarını və təhlükəsizliyini möhkəmləndirmək üçün cavab tədbirləri görmüləsinə yol açacaq”.  

NATO-nun baş katibi Yens Stoltenberq alyansın Çernoqoriyaya NATO-ya üzv olması üçün müraciət etdiyini deyib.    

Vüqar İsmayılov    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq