Modern.az

Eks-prezidentlə keçmiş baş nazirdən Azərbaycanın antiböhran konsepsiyası barədə TƏKLİF

Eks-prezidentlə keçmiş baş nazirdən Azərbaycanın antiböhran konsepsiyası barədə TƏKLİF

İqtisadiyyat

2 Dekabr 2015, 14:23

Dünyada cərəyan edən qlobal maliyyə böhranı Azərbaycana da təsirsz ötüşməyib. Ekspertlər hesab edir ki, tikinti sektorunda müşahidə edilən durğunluq mənzil bazarında qiymətlərin aşağı təklif olunmasına səbəb olsa da, əhali arasında alıcılıq qabiliyyəti zəifləyəcək. Əhalinin gündəlik tələbatını təmin edən ərzaq məhsullarında bahalaşmanın müşahidə edildiyi bildirilir.

Belə məqamda hökumətin antiböhran konsepsiyası hazırlanmalıdır. Amma, necə?

Həmçinin, antiböhran konsepsiyası hazırlanarkən nələrə diqqət yetirilməlidir?

Modern.az saytı keçmiş hakimiyyət nümayəndələrindən məsələyə münasibət öyrənib.

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov antiböhran konsepsiyası hazırlanarkən kənd təsərrüfatı sahəsinin daha da inkişaf etdirilməsini məqsədəuyğun hesab edir.

“İlk növbədə təbii resurslardan söhbət getməlidir. Təbii resurslar deyəndə neft nəzərdə tutulur. Halbuki, Azərbaycan digər təbii resurslarla da zəngindir. Dünyada olduğu kimi, Azərbaycanda da neftin qiyməti ucuzlaşıb. Bu da gəlirlərin azalmasına səbəb olur. Ona görə də antiböhran konsepsiyası mütləq hazırlanmalıdır. Bunun üçün çıxış yolu kənd təsərrüfatını daha da dirçəltməkdir. Kənd təsərrüfatı geniş imkanlara malik bir sahədir. Təəssüf ki, biz bu sahədən yetərincə istifadə etmirik. İnsanları işlə, ərzaqla təmin etmək üçün  dövlət səviyyəsində konsepsiya işlənməlidir. Hesab edirəm ki, qarşıdakı illərdə belə bir istiqamət götürülsə, o zaman xeyrini də görmüş olacağıq.
Kənd təsəssürafı sahəsini inkişaf etdirsək, xaricdən heç nə almayacağıq. O zaman xarici bazarı daxili bazarımıza yönəldəcəyik. Turizm sahəsi də antiböhran konsepsiyasına daxil edilə bilər. Çünki bu sahədə də istifadə olunmayan böyük imkanlar var. Həm də gəlirli sahədir”.

Keçmiş baş nazir Rəhim Hüseynov isə fabrik və zavodların inkişafına diqqət artırılarsa, böhranın az hiss olunacağını düşünür.

“İndi dövlət antiböhran konsepsiyası hazırlamaqla məşğuldur. Düzdü, buna bir qədər gec başladılar. Çünki ölkədə  parlament seçkilərinə hazırlıq gedirdi. Həmçinin, antiböhran konsepsiyasına zavodların, fabriklərin yenidən qurulmasını daxil etməliyik. Bu sahə daha yaxşı ixtisaslaşmalıdır. Kənd təsərrüfatı üzrə inkişaf var. Bir az da bu sahəyə diqqət artırılmalıdır. Ağır sənaye sahəsi inkişaf etdirilməlidir ki, böhran özünü çox hiss etdirməsin”.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı